Şagirdlər arasında psixi və emosional vəziyyətlə bağlı söhbətlər aparıldı

26.12.2022-ci il tarixində məktəbin psixoloqu Ü.Rzayeva 6-7-ci sinif şagirdləri ilə psixi və emosional vəziyyətlərlə bağlı söhbət aparmış və mövzu ilə əlaqədar test keçirmişdir. Testin keçirilməsində əsas məqsəd şagirdlərlə müəllimlər, valideynlər, eləcə də şagirdlər arasında psixoloji vəziyyətin öyrənilməsi və müvafiq tövsiyələrin verilməsindən ibarət olmuşdur. Söhbət zamanı şagirdlərarası emosional əlaqələrin yaradılmasının da sinifdə müsbət iqlimin formalaşmasında böyük rol oynadığı vurğulanmışdır. Şagirdlərlə söhbət zamanı mövzu ilə bağlı digər aktual məsələlər də müzakirə edilmişdir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi