Peşəkarlıq yolunda

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-360 nömrəli əmrinə əsasən məktəblərdə “Peşəkarlıq yolunda” layihəsinə start verildi. Şagirdlərin maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas və peşə seçiminə yönləndirilməsi, həmçinin maarifləndirilməsi məqdəsilə 20.12.2022-ci il tarixində məktəbə professional fotostudiyadan dəvət olunmuş fotoqraf şagirdlərlə söhbət apardı. Fotoqrafiya sənətinin yaranma tarixi, növləri, fotoşəkilləri ilə dünyada tanınan fotoqraflar, eləcədə azərbaycanlı fotoqraflar haqqında məlumat verdi. Şagirdlərə əyani olaraq fotoaparatlar nümayiş olundu, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi