Zərərli vərdişlərə yox deyək!
Məktəbin həkimi E.Allahverdiyeva 7 dekabr 2022-ci il tarixində VIII sinif şagirdləri ilə birgə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda görüş keçirdi. Həkim tərəfindən zərərli vərdişlər dedikdə nələr nəzərdə tutulur, narkotik vasitələrin ziyanı, tütün və alkoqoldan uzaq olmağın insan orqanizminə faydaları haqqında söhbət apardı. Mövzuya uyğun videolar nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.