Narkotik vasitələr və zərərli vərdişlər

21 noyabr 2022-ci il tarixində məktəbin konfrans zalında məktəbin tibb bacısı S. Məmmədova, məktəb psixoloqu Ü.Rzayeva və tərbiyə işləri üzrə direktor müavini S.Hüseynova VIII-IX sinif şagirdləri ilə görüş keçirdilər. Görüşün əsas məqsədi gənclər arasında yayılan və müasir dövrün bəlası sayılan “Narkotik vasitələr və zərərli vərdişlər” mövzusu oldu. Şagirdlərlə bu mövzu ətrafında fikir mübadiləsi aparıldı, onların fikirləri dinlənildi və tövsiyələr verildi.