Qarakənd faciəsi
Bir çoxlarının “Qarakənd faciəsi” kimi tanıdığı 20 noyabr 1991-ci ildə baş vermiş vertolyot qəzasında bir çox dövlət xadimləri həlak oldular. Şəhid olanların arasında məktəbimizin adını daşıyan general Məhəmməd Əsədov da var idi. 20 noyabr 2022-ci tarixində məktəbin 7a sinif müəllimi Y.Baxşəliyeva və şagirdlər Fəxri Xiyabanda general M.Əsədovun məzarını ziyarət etdilər.