“Hüquqlarımızı öyrənək” adlı tədbir

Uşaq hüquqları aylığı çərçivəsində silsilə tədbirlər davam edir. Noyabrın 15-də məktəbin 2b sinif müəllimi Z. Məmmədova şagirdlərlə birgə “Hüquqlarımızı öyrənək” adlı tədbir keçirdilər. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Vətən müharibəsində canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin çıxışları və hazırlanan videoroliklər maraqla qarşılandı. N.Maarif, R.Yağmur, M.Raqif, M.Gülay və digər şagirdlər öz çıxışları ilə fərqləndilər.