Uşaq hüquqları aylığı çərçıvəsində psixoloqun işi

“Məktəbin illik fəaliyyət planı”na əsasən “Uşaq hüquqları aylığı” çərçıvəsində tədbirlər davam edir. Noyabrın 14-də məktəbin psixoloqu Ü. Rzayeva IV sinif şagirdləri ilə psixomarifləndirmə işi təşkil etdi. Şagirdlər “Uşaqların hansı hüquqları var?”, “Başka hansı hüquqlarınızın olmasını istərdiniz?” suallarını cavablandırdılar. “Hüquqlarımızı bilməliyik və üzərimizə düşən vəzifələri də yerinə yetirməyi unutmamalıyıq”–deyə psixoloq vurğuladı. Təqdimatın nümayişindən sonra şagirdlərlə fikir mübadiləsi aparıldı.