"Qanunlar azadlığın təməlidir” mövzusunda tədbir

11 noyabr 2022-ci il tarixində məktəbin konfrans zalında “12-Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü”nə həsr olunmuş “Qanunlar azadlığın təməlidir” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə məktəbin VIII-X sinif şagirdləri çıxış etdilər. Konstitusiya Günü ilə bağlı videoroliklər nümayiş edildi.