Hərbi Qənimətlər Parkına ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 №-li əmri ilə təsdiq edilmiş “7-dən 17-yə vətənpərvər!” layihəsini əsas tutaraq, eləcə də tarix-coğrafiya aylığı çərçivəsində tarix müəllimləri K.Əhmədova və İ.Bağırova VIIIa və VIIIb sinif şagirdləri ilə birlikdə Hərbi Qənimətlər Parkına ekskursiyaya getdilər. Gəzinti zamanı şagirdlərə Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbələr haqqında geniş məlumat verildi. Silahlı Qüvvələrimiz tərəfindən qənimət götürülmüş düşmən texnikası şagirdlər tərəfindən maraqla izlənildi.