“Azərbaycan, Zəfər Günün mübarək!” adlı tədbir keçirildi

5 noyabr 2022-ci il tarixində məktəbin foyesində “Azərbaycan, Zəfər Günün mübarək!” adlı tədbir keçirdilər. Tədbir 4b sinif müəllimi Müxtarlı Sitarə və şagirdləri tərəfindən yüksək səviyyədə təşkil olundu. Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olunan tədbirdə Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olundu. Şagirdlər mahnılar oxudular, vətənpərvərlik ruhunda yazılmış şeirlər söylədilər, rəqs etdilər.Tədbirdə S.Muxtarlı məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olundu.