VIII- IX siniflər üzrə monitorinq keçirildi

28.10. 2022-ci il tarixində məktəb rəhbərliyi tərəfindən VIII- IX siniflər üzrə monitorinq keçirildi. Monitorinq Azərbaycan dili, riyaziyyat, ingilis dili fənləri üzrə aparıldı. Monitorinqin keçirilməsində məqsəd fənlər üzrə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması oldu. Monitorinq zamanı şagirdlərə cavablandırmaq üçün Azərbaycan dili fənni üzrə 30 sual, riyaziyyat fənni üzrə 25 sual, ingilis dili üzrə isə 30 sual təqdim olundu.