Müstəqilliyin Bərpası Günü qeyd olundu
Milli Müstəqillik Günü- Azərbaycan tarixinin ən mühum günlərindən biridir. 2021-ci ildən etibarən yeni adla “Müstəqilliyin Bərpası Günü” kimi qeyd edilməyə başlandı.1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyasında 4 gün müzakirələr aparıldı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovet sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Bu münasibətlə 18 oktyabr 2022-ci il tarixində bütün siniflərdə müəllimlər şagirdlərə məlumat verdilər və təqdimatlar nümayiş olundu.