27 Sentyabr Anım Günü"nə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı
Sentyabrın 30-da Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu ərazisindəki orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “27 Sentyabr Anım Günü”nə həsr olunmuş “Qarabağ Azərbaycandır –İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırlması mərasimi keçirildi. Müsabiqə qalibi olan və III yeri tutan məktəbimizin IX sinif şagirdi Ləman Şıxəliyevaya da diplom və hədiyyə təqdim edildi.