“Uşaqların müdafiəsi və təhlükəsizlik mexanizmi” adlı görüş
27 may 2022-ci il tarixində məktəbin konfrans zalında “Uşaqların müdafiəsi və təhlükəsizlik mexanizmi” adlı pilot layihə çərçivəsində məktəb üzrə işçi qrupunun üzvləri ilə sinif rəhbərlərinin görüşü keçirildi. Görüşdə uşaq müdafiəsinin mexanizmi, qarşıda duran məsələlər və problemlərin həlli yolu müzakirə olundu. Bu tip görüşlər məktəbdə mütəmadi olaraq keçiriləcək. Qarşıda sinif rəhbərlərinin şagirdlərlə görüşləri planlaşdırılıb. Əsas məqsəd uşaqların təhlükəsiz və sabit şəraitdə yaşayıb təhsil almaları üçün əlverişli mühitin yaradılmasıdır.