“Yerin su təbəqəsi” mövzusunda debat dərs

14 aprel 2022-ci il tarixində məktəbin coğrafiya müəllimi Əhmədova İmamət 6b sinif şagirdləri ilə birgə “Yerin su təbəqəsi” mövzusunda debat dərs keçirdi. Şagirdlər okeanlar, dənizlər, çaylar, göllər haqqında məlumat topladılar. Dərs zamanı bu məlumatlarla sinif yoldaşları ilə paylaşdılar. Digər fənlərə, eləcə də musiqi fənninə inteqrasiya olundu. Debat zamanı şagirdlərin fəallığı daha aydın nəzərə çarpırdı.