Şuşaya virtual səyahət
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etmişdir. Bu münasibət ilə 20 aprel 2022-ci il tarixində məktəbin akt zalında Şuşaya virtual səyahət edildi. Şagirdlərə Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin dəstəyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Mərkəzinin çəkdiyi “Şuşa” filmi nümayiş olundu.