“Çaylar” mövzusunda açıq dərs keçirildi
14 mart tarixində coğrafiya müəllimi Mehtizadə Təravət 6a sinfində “Çaylar” mövzusunda açıq dərs keçirdi. Şagirdlər “Nil”, “Amazon”, “Kür” və “Araz” çayları adlı qruplara bölünmüşdür. Qrup şəklində fəal iştirak edən şagirdlər BİBÖ, Venn dioqramı, Kublaşdırma üsullarından istifadə etməklə qiymətləndirildilər. Maket üzərində çayın axması əyani olaraq nümayiş olundu.