Olimpiya oyunları və yaranma tarixi
İdman həftəsi çərçivəsində məktəbin konfrans zalında idman müəllimi Həbibov Elvin şagirdlərlə görüş keçirdi. Görüşdə olimpiya oyunlarının yaranma tarixi, olimpiya oyunlarında hansı idman növləri iştirak edir və Azərbaycan olimpiya çempionları haqqıda şagirdlərə məlumat verdi. Videoçarx nümayiş olundu. Diskussiya şəklində keçilən görüşdə şagirdlər öz fikirlərini bölüşdülər. Onlardan əksəriyyəti gələcəkdə olimpiya çempionu olmaq azrusunda olduqlarını bildirdilər.