“Məclisi-üns”
22 fevral 2022-ci il tarixində məktəbin Azərbaycan dili müəllimi Abbaszadə Kəmalə və 6a sinif şagirdlərinin iştirakı ilə “Məclisi-üns” təşkil olunmuşdur. Tədbirdə klassik poeziyanın görkəmli nümayəndələrindən sayılan Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər şairlərin əsərlərindən nümunələr səsləndirildi. “Məclisi-üns” də iştirak edən şagirdlər həmin dövrün xüsusiyyətlərini özündə əks etdirən geyimləri ilə və söylədikləri qəzəllərlə tədbir iştirakçılarının rəğbətini qazandılar. Tədbirdə iştirak edən məktəbin direktoru R.Ələkbərova, müəllimlər və qonaqlar bir bənd şeir söyləyərək məclisə rəng qatdılar.