Kitabxanada “21 Fevral Beynəlxalq Ana dili günü” qeyd olundu
17 fevral 2022-ci il tarixində məktəbin kitabxanasında “21 Fevral Beynəlxalq Ana dili günü” ilə bağlı 2a sinif şagirdləri ilə tədbir keçirildi. Kitabxana müdiri Sevil Hacıyeva Ana dilinin yaranması və onun əhəmiyyəti barədə danışdı. O, ana dilini hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı adlandırdı. Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq. Inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Şagirdlərdən Şirinova Zəhra, Novruzlu Nuray, Quliyeva Günay, Məhərrova Gülay, Quliyev İsmail, Əliyev Rəsul şerlər söylədilər.