İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi qeyd edildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 fevral 2022-ci il tarixli F-53 №-li əmrinə əsasən İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinin qeyd edilməsi məqsədi ilə 16 fevral 2022-ci il tarixində məktəbin konfrans zalında tarix müəllimi Orucov Anatoli dəyirmi masa keçirdi. Tədbirdə İrəvan Müəllimlər Seminariyası haqqında geniş məlumat verdi. Eləcə də görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti haqqında məlumat verdikdən sonra videorolik nümayiş olundu.