Fövqəladə hallar uşaqların gözü ilə
11 fevral 2022-ci il tarixində məktəbin 2b sinif müəllimi Əsgərova Nərmin və şagirdləri “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda açıq dərs keçdilər. Dərsdə müəllim tərəfindən ətraflı məlumat verildi. “Fövqəladə Hallar Akademiyası” mahnısı şagirdlərin ifasında səsləndi. “Fövqəladə hallar nədir?”, “Fövqəladə hallar zamanı nə etməli?”, “Kimə müraciət etmək lazımdır?” kimi suallara şagirdlər cavab verdilər. Eləcədə şagirdlər səhnəciklər quraraq, baş vermiş hər hansı bir hadisə zamanı necə davranmaq lazım olduğunu əyani olaraq göstərdilər.