Sosial şəbəkələr və informasiya təhlükəsizliyi
31.01 2022-ci tarixində məktəbin VII,VIII sinif şagirdlərinin iştirakı ilə “Sosial şəbəkələr və informasiya təhlükəsizliyi” mövzusunda psixoprofilaktik məşğələ aparıldı. Məktəbin psixoloqu Ülviyyə Rzayeva sosial şəbəkələrdən istifadə zamanı uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları, müəllim və şagirdləri hədəf alan fişing kompaniyaları, uşaq və yeniyetmələrin aldadılaraq ailəyə məxsus bank hesab məlumatlarının oğurlanması barəsində məlumat verdi. Bununla yanaşı, sosial şəbəkələrindən istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin və yaddaqalan şifrə yaratmağın yolları barədə tövsiyyələr verildi və sonda mövzu ətrafında müzakirələr apardı.