“Riyaziyyat elmlərin açarıdır” adlı viktorina keçirildi

Riyaziyyat aylığı çərçivəsində 21 yanvar 2022-ci il tarixində məktəbin riyaziyyat müəllimi Qarayeva İradə tərəfindən “Riyaziyyat elmlərin açarıdır” adlı viktorina keçirildi. Viktorinada “Üçbucaq”, “Dairə”, “Dörducaqlı” komandaları iştirak etdilər. Hər komandada VI-IX sinif şagirdlərindən nümayəndələr iştirak etdilər. Viktorinada hazırlanmış suallar tək riyaziyyat fənnini yox, eləcədə məntiq, coğrafiya, tarix, həyat bilgisi, texnologiya kimi fənləri əhatə etmişdir.  Komanda üzvlərindən başqa viktorina iştirakçılarına da suallar ünvanlandı və düzgün cavab verən şagirdlər hədiyyələrlə mükafatkandırıldılar. Riyaziyyat müəllimlərindən ibarət münsiflər heyyəti tərəfindən ballar hesablandı.  “Dairə” komandası qalib seçildi və diplomlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi