20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirildi
19 yanvar 2022-ci il tarixində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. 10a sinif şagirdlərinin hazırladıqları “Qanlı Yanvar”adlı tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. 10A sinif şagirdlərinin ifasında “Larisa və İlqar” adlı səhnəcik göstərildi. Tədbirin sonunda söz məktəbin direktoru Reyhan Ələkbərovaya verildi.