STEAM  dərslərində hazırlanan işlərdən ibarət sərgi

17 yanvar 2022-ci il tarixində məktəbin STEAM müəllimləri Vəliyeva Ramilə və Aslanova Nərgizin rəhbərliyi altında  riyaziyyat aylığı çərçivəsində STEAM həftəsinə start verildi. Bu məqsədlə şagirdlərin STEAM  dərslərində hazırladıqları işlərdən ibarət sərgi təşkil olunmuşdur. Sərgidə Əsədova Xəyalə, İsmayılova Nazilə, Müzəffərov Elçin, Əlizadə Əli, Quliyeva Fatimənin hazırladıqları 3D qələmində, 3D Printerində Azərbaycan Respublikasının Dövlət Bayrağı, Qarabağ Azərbaycandır, Xarı Bülbül kimi işlər daha çox maraqla qarşılandı. Sevindirici hallardan biri də o idi ki, məktəbimizin komandası Ümumrespublika SAF festivalında robotların döyüşü bir daha əyani olaraq məktəbdə keçirildi. Ümumrespublika SAF festivalında iştirak edən şagirdlərimiz Bağırov İlqar, Nehmətli Murad, İbadlı Röyal, Vəliyev Fazil, Vəliyev Fərid və həmin komandaya rəhbərlik edən müəllimlər Vəliyeva Ramilə, Aslanova Nərgiz və Hüseynova Mətanət Azərbaycan Respublikasının Təhsil nazir Emin Əmrullayevin şəxsi imzası ilə təsdiqlənmiş Sertifikata layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi