Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya
Azərbaycan xalqının maddi, milli və mənəvi irsinin daşıyıcılarından sayılan xalçalar Azərbaycan Milli Xalça Muzeyində qorunub saxlanılır. Azərbaycan Milli Xalça Muzeyi dünya xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası hesab olunur. Milli mədəni sərvətimiz sayılan xalça sənəti və nümunələri ilə tanış olmaq məqsədi ilə 2a sinif müəllimi Yusifova Solmaz və şagirdlər Azərbaycan Milli Xalça Muzeyində oldular. Muzeydəki eksponatlar şagirdlərin marağına səbəb oldu.