İnsan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa

23 dekabr 2021-ci il tarixində məktəbin konfrans zalında 8b sinif şagirdlərinin iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirildi. Məktəbin psixoloqu Ülviyyə Rzayeva çıxışında bildirdi ki, insan alveri müasir dünyanın ən təhlükəli bəlalarından sayılan gender zorakılığının başlıca formalarından biridir. Tədbirdə şagirdlərə insan alverinin qarşısının alınması, gözlənilən təhlükələr və qabaqlayıcı tədbirlər haqqında məlumat verən məktəb psixoloqu Respublikamızda insan alveri qurbanları üçün sığınacaqların, reabilitasiya mərkəzlərinin fəaliyyət göstərdiyini və onların cəmiyyətə inteqrasiyasının təmin olunmaları üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırdı. Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı və videorolik nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi