Ibtidai siniflərdə oxu texnikası yoxlanıldı
Ibtidai siniflərdə oxu texnikasının yoxlanılması məqsədi ilə 7 dekabr tarixində monitorinq təşkil edildi. Monitorinq zamanı şagirdlər dörd istiqamət üzrə yoxlanıldı: oxu texnikasında sürətli oxu, düzgün oxu, şüurlu oxu və ifadəli oxu. Əldə olunan məlumatlar emal olunduqdan sonra hədəflər müəyyənləşdiriləcəkdir. Növbəti monitorinqlər ilə müqaisəli təhlil aparılacaqdır.