1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü
Məktəbin biologiya müəllimləri Abbasova Samirə və Hüseynzadə Sevinc yuxarı sinif şagirdləri ilə “1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü” nə həsr olunmuş dəyirmi masa keçirdilər. Müəllimlər QİÇS-in səbəbləri, müalicəsi, fəsadları haqqında məlumat verdilər. Eyni zamanda QİÇS-in diaqnozu, yoluxması,qorunma yolları haqqında müzakirələr aparıldı, mövzuya uyğun slaydlar və videolar nümayiş olundu.