“Nizami Gəncəvinin əsərlərində biologiya elmi” nominasiyası üzrə şagirdimiz diploma layiq görüldü
Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi”ndə qalib olmuş layihələrdən biri olan “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar” adlı onlayn inşa müsabiqəsinin “Nizami Gəncəvinin əsərlərində biologiya elmi” nominasiyası üzrə məktəbimizi bioligiya müəllimi Sevinc Hüseynzadənin rəhbərliyi altında 9a sinif şagirdi Şıxəliyeva Selcan Rauf qızı təmsil etdi. 446 nəfər şagird arasında seçilərək Şıxəliyeva Selcan II dərəcəli diploma layiq görüldü. Sevinc müəllimi və Selcanı təbrik edir, onlara uğurlar arzulayırıq.