Talassemiyanın profilaktikası və ailə planlaşdırılması

Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq məktəbin biologiya müəllimi Sevinc Hüseynzadə, 19 noyabr 2021-ci il tarixində 8a sinif şagirdləri ilə birgə “Talassemiyanın profilaktikası və ailə planlaşdırılması” mövzusunda açıq dərs keçirdi. Təqdimat zamanı müəllim tərəfindən talassemiyanın yarandığı ərazi, səbəbləri, müalicəsi, fəsadları haqqında məlumat verildi. Eyni zamanda talassemiyanın diaqnozu və daşıyıcıları, sümük deformasiyası, qohum nigahları,qan transplontasiyası haqqında müzakirələr aparıldı, mövzuya uyğun videolar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi