"Qalib Azərbaycan xalqı" mövzusunda məruzə
Respublikamızda “27 sentyabr- Anım Günü” kimi qeyd olunur. Bununla əlaqədar 28 sentyabr 2021-ci il tarixində məktəbin tarix müəllimi Orucov Anatoli müəllim kollektivi qarşısında məruzə ilə çıxış etdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. İkinci Qarabağ Müharibəsinin başlanmasından, müharibədə şəhid olmuş əsgər və zabitlərimizin qəhrəmanlığından söhbət açdı. Məruzədə bütün xalqın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi toplaşmağından və itkilərimizə baxmayaraq bu birlik nəticəsində qazandığımız qələbə, azad olunan torpaqlarımız barədə məlumat verdi.