Şagirdlərimiz Diplom və Fəxri Fərmanla təltif olundular

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xətai Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən onlayn inşa-yazı, rəsm, kino və diqər müsabiqələrdə məktəbimizin şagirdləri fəal iştirak etdilər. Bu müsabiqələrə misal olaraq “Xocalıya ədalət”, “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”, “Xocalı Soyqırımını unutma”, “Qəhrəmanlıq Salnaməmiz”, “Milli kinomuzdan fraqmentlər”, Nizami ili çərçivəsində keçirilən onlayn rəsm sərgisi, Heydər Əliyevin 98-ci ildönümünə hərs olunmuş “Tarixi şəxsiyyət” adlı müsabiqə, “Müzəffər Ordumuzun Zəfər Yürüşü” adlı onlayn video təqdimat layihəsi və diqər müsabiqələri qeyd etmək olar. Bu müsabiqələrdə iştiraka görə şagirdlərimiz Doplom, Fəxri Fərman, Sertifikatla təltif olundular. Eləcə də tədris ilinin sonunda, məktəb rəhbərliyi tərəfindən məktəbimizin fəal şagirdlərinə “Fəxri Fərman”lar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi