“Qarabağ Azərbaycandır!”
8 iyun 2021-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Axundova Həqiqət və 3a sinifinin şagirdləri “Qarabağ Azərbaycandır!” mövzusunda açıq dərs keçirdilər. Açıq dərsdə şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini eləcə də “Can Azərbaycan” mahnısını oxudular, işğaldan azad olunan səfalı güşələrimizdən olan Şuşa, Ağdam, Zəngilan, Laçın, Ağdərə, Fizuli, Xocəvənd, Kəlbəcər, Cəbrayıl, Xankəndi, Qubadlı haqqında məlumat verdilər və şeirlər söylədilər.