Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya
1b sinif şagirdlərinin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil olunmuşdur. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksidir. Kompleksə üç muzey daxildir: Arxeoloji-Etnoqrafik müzey kompleksi, Qala Qəsri, Əntiq Əşyalar muzeyi.