Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü
Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibəti ilə 27 may 2021-ci il tarixində məktəbin konfrans zalında pandemiya şəraitinə uyğun olaraq, ara masafənin saxlanılması şərtri ilə məktəb rəhbərliyi, 6b və 8b sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, tarix müəllimi Əhmədova Kəmalə uşaqlara geniş məlumat verdi, şagirdlər şeirlər söylədi, hazırladıqları təqdimatları və videoçarxı nümayiş etdilər.