Şagirdlər Nizami Gəncəvinin əsərlərini təhlil etdilər
18 may 2021-ci il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri, söz dünyasının günəşi olan Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş görüş VI sinif şagirdləri ilə məktəbin kitabxanasında keçirildi. Şərq mədəniyyətinin inkişaf tarixində müstəsna rolu olan Nizami Gəncəvinin yaradıcılığı barədə kitabxana müdiri Sevil Hacıyeva ətraflı məlumat verdi. Şagirdlərdən Nihad Mustafazadə, Nuray Mikayılova, Fatimə Muxtarlı, Sübhan Salahzadə və digərləri Nizami Gəncəvinin oxuduqları əsərlərini təhlil etdilər.