Lütfi Zadə adına məntiq olimpiadası
Azərbaycan Respublika Təhsil Nazirliyi tərəfindən 8 may 2021-ci il tarixində bütün təhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş “Lütfi Zadə adına məntiq olimpiadası” keçirildi. Məntiq olimpiadasında məktəbimizi V sinif şagirdləri təmsil etdilər. Vb sinif şagirdiləri Qurbanzadə Əhməd və Bayramlı Fərid yüksək bal toplayaraq final mərhələsinə vəsiqə qazandılar.