Lütfi Zadənin həyat və fəaliyyəti haqqında təqdimat
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15 aprel 2021-ci il tarixli F- 87 nömrəli fərmanından irəli gələn Fəaliyyət Planına əsasən məktəbimizin informatika müəllimi Məmmədrəhimli Əminə və 6b sinif şagirdlərinin iştirakı ilə “açıq dərs” keçirildi. “Açıq dərs”də məktəb rəhbərliyi də iştirak etdi. “Açıq dərs” qeyri-səlis məntiq nəzəriyyəsinin banisi görkəmli alim Lütfi Zadənin həyat və fəaliyyətinə həsr olundu. Lütfi Zadənin həyat və fəaliyyəti haqqında təqdimat nümayiş olundu və şagirdlər öz təqdimatlarını təqdim etdilər.