“Dahı şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı onlayn müsabiqə keçirildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci il “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı Sərəncam imzalanmışdır. 28 aprel 2021-ci il tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclər evi” sosial xidmət müəssisələrinin birgə təşkilatçılığı ilə “facebook” sosial şəbəkəsində “Dahı şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı onlayn müsabiqə keçirildi. Məktəbimizin Xa sinif şagirdləri də bu müsabiqədə fəal iştirak etdilər.