Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından "Fitnə" cizgi filmi nümayiş olundu

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə” si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Şairin 880 illik yubileyini geyd etmək, Nizami Gəncəvi irsini öyrənmək və təbliğini həyata keçirmək məqsədi ilə məktəbin I-V sinif şagirdlərinə “Yeddi gözəl” poemasında olan “Fitnə” cizgi filmi nümayiş olundu.