Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş açıq dərs keçirildi
“Dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə” 09.03.2021-ci il tarixli F-74 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə məktəbin azərbaycan dili müəllimi Abbaszadə Kəmalə VII sinif şagirdləri ilə birlikdə açıq dərs keçirdilər. Dərsdə məktəb rəhbərliyi və müəllimlər də iştirak etdilər. Şagirdlər Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs etdilər, Azərbaycan və dünya ədəbiyyatına miras qoyduğu “Xəmsə”sindən məlumatlar verib qəzəllərini ifa etdilər.