31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlar bir faciə kimi tarixə həkk olub. Rəsmi mənbələrə görə soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamına əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu günü yaddaşlarda əbədiləşdirmək üçün şagirdlər rəsmlər çəkib nümayiş etdilər.