8 Mart Beynəlxalq Qadınlar Günü
Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Bu siyasəti Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva davam etdirir. Ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəbin 3a sinif şagirdləri analarını və sinifdəki qızları təbrik etdilər. Onlar üçün şeirlər söyləyib, öz təbriklərini əlləri ilə hazırladıqları açıqcalara yazıb təqdim etdilər.