“Bir millətin kədəri” adlı sənədli filmin nümayişi
Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil nazirinin 10.02.2021-ci il tarixli, F-42 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə, 26 fevral tarixində ilk dərsdə müəllimlər tərəfindən şagirdlərə məlumat verildi, şeirlər söylənildi. Eləcədə Azərbayca Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiya Mərkəzinin çəkdiyi “Bir millətin kədəri” adlı sənədli film nümayiş olundu.