Qarabağ mətbəxi

Azərbaycan qədim tarixə, mədəniyyətə, gözəl təbiətə, böyük iqtisadi potensiala, eyni zamanda rəngarəng, ecazkar mətbəxə malik bir ölkədir. Hər bir bölgənin özünəməxsus ət yeməkləri, xəmir xorəkləri, şərbətləri, şorabaları, turşuları, quru meyvələri var. Bu baxımdan Qarabağ mətbəxi də öz zənginliyi ilə seçilir. Məktəbimizin Texnologiya müəllimləri Gülməmmədova Rüxsarə və  Bayramova Sayalı 5a sinifində sosial məsafəni saxlamaq şərti ilə “Qarabağ mətbəxi” mövzusunda açıq dərs keçirdilər. Açıq dərsdə şagirdlərin  topladıqları məlumatlar və hazırladıqları əl işləri nümayiş olundu. Şagirdlərin iştirakı ilə  Qarağ mətbəxinə aid olan “Qarabağ kətəsi”, “Dovğa”, “Ərişdəli aş”, “Yarpaq dolması”, “Yatpaq xəngəl” və digər yeməklərin hazırlanmasına hasr olunmuş  videoroliklər hamı tərəfindən çox maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi