“Sağlam həyat tərzi” mövzusunda maarifləndirici söhbətlərin aparılması
Əgər bir insan həyatı sevirsə, öz sağlamlığının qeydinə qalmalıdır ki, yaşasın, yaşadıqca da sevib-sevilsin. İdmanla məşğul olmaq, düzgün qidalanmaq, gigiyena qaydalarına riayət etmək, sağlamlığın əsas şərtlərindəndir. İndiki pandemiya dövründə bu qaydalara əməl etmək, əlləri tez-tez yumaq, sosial məsafəni qorumaq və zərərli vərdişlərdən uzaq omalıyıq ki, sağlamlığımıza zərər vurmuş olmayaq. I-V siniflərdə təşkilat saatında sinif rəhbərləri şagirdlərlə “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici söhbət aparmış, məktəb həkiminin videomüraciətini şagirdlərə çatdırmışlar.