Diqqətin diaqnostikası
19.02.2021-ci il tarixində məktəb psixoloqu Ülviyyə Rzayeva diqqətin diaqnostikası ilə bağlı 3a sinifində məşğələ keçmişdir. Məlumdur ki, məktəbdə təhsil almağa başlayan uşaqlar tez-tez diqqətlərinin yayınmasından və ya inkişaf etməməsindən əziyyət çəkirlər. Xüsusi ilə də, ibtidai sinif şagirdlərinin dərslərdən geri qalmalarının bir çox səbəbi bu yaşdakı uşaqların inkişafının fizioloji və psixoloji xüsusiyyətləri ilə əlaqəlidir. Məşğələdə bununla bağlı profilaktik iş aparılmış və lazımı tövsiyələr verilmişdir.