Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olundu

Azərbaycan Respublkasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzaladı. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin (tam adı Əbu Məhəmməd İlyas ibn Yusif) 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Nizaminin ən məhşur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafina da təkan vermişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə” –Beşlik anlamına gəlir. Beşliyə “Leyli və Məcnun”, “İsgəndərnamə”,”Xosrov və Şirin”, “Yeddi gözəl”, “Sirlər xəzinəsi” aiddir. Şairin yazdığı qəzəllər muğamlarımızda ifa olunur, təhsil ocaqlarında şairin yaradıcılığı öyrənilib mütaliə olunur və gələcək nəsillərə ötürülür. Məktəbimizin şagirdləri Nizami Gəncəvinin  880 illik yubileyinə həsr etdikləri videoçarxı nümayiş etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi